Azərbaycanda banka hücum edilib?

Azərbaycanda banka hücum edilib?

Beyləqan rayon Polis Şöbəsi rayon ərazisində "Access Bank"ın Beyləqan Rayon Şöbəsinə basqın edilməsilə bağlı yayılan məlumatlara münasibət bildirib.

7News.az bildirir ki, şöbədən verilən məlumata görə, adıçəkilən banka basqın olmayıb: "Hadisədə adıçəkilən Füzuli rayonundan olan məcburi köçkün, Beyləqan rayonunda məskunlaşan Rəhim Nəbiyev adlı şəxs, həqiqətən, mühafizə polisi tərəfindən 3 gün əvvəl saxlanılıb və Beyləqan Rayon Polis Şöbəsinə təhvil verilib. Lakin o, banka basqına görə saxlanmayıb. Həmin şəxs rayondakı paltar mağazalarından birinə girib oradan oğurluğa cəhd edərkən saxlanılıb. Araşdırmalar zamanı saxlanılan Rəhim Nəbiyevin ruhi xəstə olduğu müəyyənləşib və o, Bakıdakı ruhi əsəb dispanserlərindən birinə məcburi müalicəyə göndərilib"./trend

7News.az

 

Xəbər lenti