RU
lombard
14:42
4885

"Polislər oğrunu tapdı ancaq cəzalandırmadı"

Masallı rayon sakini, 1992-ci il təvəllüdlü Ağayev Elnur Azər oğlu dələduzluğun qurbanı olub.

O, bu barədə 7news.az-a danışarkən bildirib.

Bakı şəhəri Nəsimi rayon M.Əcəmi metrosu yaxınlığında yerləşən “Moskva” Univermağında satıcı işləyərkən həmyerlisi, 1977-ci il təvəllüdlü Məmmədov Zaur Qalabəy oğlu onun etibarından sui istifadə edərək 3700 dollar məbləğində qızıl-zinət əşyalarını götürərək geri qaytarmayıb.
Elnur Ağayev Z.Məmmədova qarşı Masallı rayon Məhkəməsinə müraciət edib. Məhkəmə satıcıya 3700 dollar dəyərində zərərin dəyməsi barəsində qərar çıxardıb.

Qərara görə, həmin məbləğ Z.Məmmədovdan alınaraq E.Ağayevə ödənilməlidir. Bununla yanaşı Məhkəmə Zaur Məmmədovu axtarışa da verib.

Mətbuatda bu barədə yazıldıqdan sonra DİN-in mətbuat xidmətinin əməkdaşları da məsələyə reaksiya verərək, dələduzluqda təqsirləndirilən şəxsin qısa zamanda tutulacağını vəd etsələr də, Masallı rayon polisləri hələ də heç bir tədbir görməyiblər.

Hətta Elnur Ağayevin sözlərinə görə 2013-cü ildə Z.Məmmədovu Bakıda polislər tapıb Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə saxlasalar da, sonradan naməlum səbəblərdən sərbəst buraxıblar.

Əlacsız qalan zərərçəkən Elnur Ağayev, yenidən mətbuata üz tutaraq DİN - əməkdaşlarına müraciət edib.

Müraciətdə bildirilir:

"Salam! Yazıb sizə bildirirəm ki, mən Ağayev Elnur Azər oğlu 22.07.1992-ci ildə Masallı şəhərində anadan olmuşam.1998-ci ildə Masallı rayon E.Ağayev ad.Hişkədərə kənd orta məktəbin 1-ci sinfinə daxil olmuşam.2009-cu ildə isə elə həmin məktəbin 11-ci sinfini yaxşı qiymətlərlə bitirdim.Həmin ilin yay aylarında ailəmizin sosial vəziyyəti yaxşı olmadığından təhsilimi davam etdirmək əvəzinə,paytaxta üz tutaraq iş tapıb işləmək üçün gəldim.2009-cu ildə mən Bakı şəhəri Nəsimi rayon M.Əcəmi metrosu yaxınlığında yerləşən'Moskva Univermağı'adlı qızıl alqı-satqı mərkəzində satıcı kimi fəaliyyət göstərməyə başladım.İşlədiyim dövr ərzində təzə-təzə özümün necə bir insan olduğumu ətrafımda olan kollektivə bildirirdim ki,nəhayət mərdiməzar çıxaraq qarşıma mənim rüsvay olmağıma və işdən çıxarılmağıma nail ola bildi.Danışacağıma adam demək olarsa o 1977-ci il təvəllüdlü Masallı rayon Heydər Əliyev küçəsi 32/3-də qeydiyyatda olan Məmmədov Zaur Qalabəy oğludur.Zaura hansı ad desən yaraşır.Çünki bu adam peşəkar yalançı,fırıldaqçı,dələduz və cilddən-cildə girməyi bacaran Azərbaycan vətəndaşıdır.Məmmədov Zaur mən satıcı işlədiyim dövrdə mağazaya bahalı geyimlərlə,avtomobillərlə gələrək özündə mənə qarşı inam yaradaraq,etibardan-sui istifadə edib 3700 $ məbləğində qızıl-zinyət əşyalarını götürərək geri qaytarmadı.Mən Ağayev Elnur Azər oğlu 2009-cu il adın çəkdiyim ticarət mərkəzində inamımı Zaura görə itirərək banklara,möhtac oldum və həmin univermağdan çıxmalı oldum.2010-2012-ci illərdə cəbhə bölgəsində vətənə olan layiqli borcumu qaytararaq geri döndüm.Zaurla son illər ərzində telefon danışığım zamanı,pulumu soruşduqda,Zaurun cavabı birmənalı olaraq belə olub.《Get nə bilirsən et!》《Vermirem!!!》Hadisədən 6(altı)il keçməsinə baxmayaraq Zaur mənə olan borcunu geri qaytarmaq istəmir.2012-ci ildən mən bütün hüquq-mühafizə orqanlarımıza rəsmi və qeyri-rəsmi müraciət etmişəm.MTN-nə,DİN-nə,ƏN-nə,BŞBPİ-nə,Nəsimi RPİ-nə,hadisə baş verdiyi ərazi 19-cu PB-nə şikayət etmişəm.Mənim sonradan apardığım xırda araşdırmalar zamanı məlum oldu ki,adam bu işin peşəkarı olaraq arxasında hansısa güclü qüvvənin durması hesabına bu işi özü üçün hobbi seçib.Valideyni ilə telefon danışığım da qarşı tərəfdən üzürxahlıq tənələri eşitmək əvəzinə,hədə-qorxu ilə hədələndim.Aldığım cavab isə bu oldu-SƏN HEÇ BİLİRSƏN ZAURUN ARXASINDA KİMLƏR DAYANIR?Mən "BİLMİRƏM" cavabı verdikdə...Anası Məmmədova Xavər Ağakərim qızının sonrakı,sözü isə bu oldu.<<Oğluma bir şey olsa səndən əl çəkən deyiləm!>>"Bunu bil!!!"Evin ata əvəzi olan,Zaurun hansısa cinayətinin üstü açıldıqda,məsuliyyətə cəlb olunan zaman onu cinayətdən hansısa üsulla yayındıran böyük qardaş Məmmədov İlqar Qalabəy oğlu ilə də dəfələrlə görüşmüşəm,oda məni küçə söyüşləri ilə təhqir edir və ölümlə hədələyir.Cavabı isə belə olur-Mənim Zaur adlı qardaşım yoxdur!'Get nə, bilirsən et!'Mən bu insanın nə ilk,nədə ki,son qurbanı deyilmişəm.Masallı rayonundan olan digər mənim kimi cavan Mirzağa adlı bir vətəndaşı qurban seçərək onu da 13.000 azn dəyərində aldadaraq ziyan vurub.Vətəndaş Məmmədov Zaur Qalabəy oğlunu 2013-cü ildə Suraxanı RPİ-nin 33-cü PB-nin əməkdaşları digər bir əməlinə görə CM-nin 178.yəni dələduzluq maddəsi ilə paytaxt sakininin rəsmi şikayəti əsasında saxlamağa müvəffəq olsalar da,Zaur burdan da alnıaçıq heçnə olmamış kimi sərbəst həmin qüvvənin hesabına buraxılaraq, yenə öz çirkin əməllərini davam etdirərək, bu günkü günə qədər azadlıqdadır.Zaurun həmin 2013-cü ildə olan cinayətinin polis digərlərini də istisna etmirdi.Həmin cinayəti media və mətbuatdada dərc olunub.Mənim sizə yazmaqda məqsədim budur ki,müraciətim media vasitəsi ilə aidiyyatı orqanlara çatdırılsın.Müraciət edirəm 2012-ci ildən həqiqi üzvü olduğum hakim YAP-nın sədri İlham Əliyev Cənablarına!Ölkənin 1-ci xanımı Mehriban Əliyevaya!Daxili işlər naziri Ramil Usubova!Baş prokuror Zakir Qaralova!Ədliyyə naziri Fikrət Məmmədova!
Mənə təhlükəsizliyimin təmin olunmasında və problemimin həll olunmasında daha yaxından köməklik göstərəsiniz.Artıq səbrim tükənib.Diqqətiniz üçün təşəkkürlər!!! Elnur Ağayev 051(426-97-40)".

Zaur Məmmədov - axtarılan şəxs

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ