Prezident bu nazirliyə 7,5 milyon manat ayırdı - SƏRƏNCAM

Prezident bu nazirliyə 7,5 milyon manat ayırdı - SƏRƏNCAM

Prezident İlham Əliyev Yardımlı rayonunda İdman Kompleksinin tikintisinin başa çatdırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb

Sərəncama əsasən, Yardımlı rayonunda İdman Kompleksinin tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.20.4-cü yarımbəndində göstərilmiş məbləğin 7 511 400 (yeddi milyon beş yüz on bir min dörd yüz) manatı Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə ayrılıb.

Maliyyə Nazirliyi müvafiq məbləğdə maliyyələşməni təmin etməlidir. 

7News.Az

Xəbər lenti