Prezident İlham Əliyev Vahid Əliyevi təltif etdi

Prezident İlham Əliyev Vahid Əliyevi təltif etdi

Prezident İlham Əliyev V.Ə.Əliyevin 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. 

7News.Az AZƏRTAC-a istinadən bildirir ki, Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında hərbi sahədə səmərəli fəaliyyətinə görə Vahid Əli oğlu Əliyev 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilsin.

7News.Az

Xəbər lenti