"Prezidentin zəlzələ ərazisindəki sakinlərlə görüşü onlarda böyük ruh yükəsəkliyi yaratdı" - TƏRANƏ MƏMMƏDOVA YAZIR


 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şamaxı və İsmayıllı rayonları ərazisində baş verən, episentrdə 6 bal gücündə qeydə alınan zəlzələ hadisəsindən bir gün sonra - fevralın 7-də Şamaxı rayonuna səfər edərək, zərər çəkən tikililərə baxıb, sakinlərlə görüşüb.

Prezidentin bu səfəri həm yerli sakinər, həm də ictimaiyyət tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb.

"Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin direktoru, psixologiya üzrə fəlsəfə doktoru, klinik psixoloq Təranə Məmmədova ölkə başçısının zəlzələ ərazisində sakinlərlə görüşməsini, söhbətlər aparmasını onlara edilən həm də ilk və mükəmməl psixoloji yardım kimi dəyərləndirib.

Mərkəz direktorunun fikrincə, təbii fəlakətlərinin onu yaşayan insanlarda depressiya və posttravmatik stress pozuntusu yaratma təhlükəsi böyükdür. Belə duruma düşən şəxs uzun müddət özü istəmədən o dəhşətləri xatırlamalı olur, sanki yenidən yaşayır. Hadisə baş verəndən sonra uzağı bir gün ərzində zərər çəkənlərə, yaxud şahid olanlara psixoloji yardım göstərilməsə, stress nəticəsində gərginlik şüuraltına keçə bilər. Hər hası qəfil səs onları diksindirər, zəlzələnin yenidən baş verdiyi təəssüratını yaradar. Şiddətli  qorxu ən ağır xəstəliklərə yol açar.

T.Məmmədova bildirib ki, Şamaxıda baş verən zəlzələdən dərhal sonra Prezidentin təbii fəlakətdən əziyyət çəkənlərlə ünsiyyətə girməsi onların əhvalına ciddi şəkildə müsbət təsir edib, bununla da depressiya və posttravmatik stress pozuntusu hallarının yaşanması təhlükəsi  aradan qalxıb.

Ölkə başçısının sakinlərlə dialoqunda səsləndirdiyi qayğı, diqqət, dəstək əks etdirən fikirləri zəlzələnin psixoloji sarsıntısını anındaca unutdurmuş oldu. Bunu sakinlərin münsibətindən aydın görmək mümkündür. Onlar razılıqlarını belə ifadə etdilər:  "Allah Sizə uzun ömür, cansağlığı versin", "Ailənizlə xoşbəxt olasınız", "Nə yaxşı ki varsınız", "Biz Sizinlə qürur duyuruq", "Allah işinizi avand eləsin", "Dar gündə dadımıza çatdınız", "Biz Sizin gələcəyinizə inanırdıq", "Azərbaycanın gələcəyinin etibarlı əldə olduğuna inanırıq və biz bunu görürük".

Prezident isə  cavabında dedi: "Mən də sizinlə qürur duyuram ki, hətta belə ağır günlərdə nikbinliklə yaşayırsınız və inanırsınız ki, Azərbaycan dövləti, Azərbaycan hakimiyyəti həmişə sizin arxanızdadır. Bütün dövrlərdə belə olub, bundan sonra da belə olacaq.

Təbii ki, belə hadisə baş verəndə mən mütləq burada, yanınızda olmalı idim ki, ilk növbədə, sizə öz dəstəyimi göstərim, digər tərəfdən, vəziyyətlə tanış olum. Dağıntılar var, xoşbəxtlikdən insan ölümü olmayıb. Onu da bildirməliyəm ki, bütün qəzalı evlər qısa müddət ərzində ya bərpa ediləcək, ya da yenidən tikiləcək. Komissiya işləyir, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları dünəndən buradadır, yerli icra hakimiyyəti də işləyir. Hələ ki, bu vəziyyətdən əziyyət çəkən vətəndaşların məskunlaşması ilə bağlı məşğuldurlar. Eyni zamanda, tezliklə bu evlərin bərpası, yenidən tikilməsi nəzərdə tutulur. Müvafiq Sərəncam imzalanacaq, Prezidentin ehtiyat fondundan vəsait ayrılacaq. İndi yüzlərlə müraciət var. Mənə verilən məlumata görə, hələ ki, 70-dən çox müraciətə baxılıb və müvafiq aktlar tərtib edilib. Bu aktlar əsasında bütün təmir-bərpa işləri aparılacaq. Vətəndaşlar narahat olmasınlar. Azərbaycan dövləti həmişə öz vətəndaşının yanındadır".

 

Psixoloqun sözlərinə görə, təbii fəlakətlərin ətrafa vurduğu ziyan daha çox maddi, insanın psixikasına vurduğu ziyan isə mənəvi aspektdən izah olunduğu üçün birinci problemi həll etmək ikincidən daha asan başa gəlir. Ancaq ölkə başçısı həmişə olduğu kimi, bu dəfə də humanist iradəsi ilə hər iki problemin kompleks şəkildə həllinə nail oldu. Zərərçəkənlərin ruh düşgünlüyü yaşamasının qarşısı alındı. Zəlzələnin fəsadları aradan qaldırılır.

 

"Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin

Mətbuat xidməti

 

 

 

 

7News.Az

Xəbər lenti

, vurğulamaq, hissi', ), ), ); ?>