RU
lombard
Professordan koronavirusla bağlı SEVİNDİRİCİ PROQNOZ- “İnsanları uzun müddət…”
11:50
170

Professordan koronavirusla bağlı SEVİNDİRİCİ PROQNOZ- “İnsanları uzun müddət…”

Koronavirus pandemiyası digər infeksiyaların yayılmasına təsir edəcək.

7News.Az xəbər verir ki, bu barədə müsahibəsində biologiya elmləri doktoru, Moskva Dövlət Universitetinin Biologiya fakültəsinin Virusologiya kafedrasının professoru Aleksey Aqranovski danışıb.

Professor bildirib ki, pandemiya səbəbilə insanlar daha çox ehtiyatlı olmağa və gigiyena qaydalarına əməl etməyə başlayıb. Bu, COVID-19 zəiflədikdən sonra "əldəki kir vasitəsilə ötürülən” rotavirusun və digər infeksiyaların azalmasına səbəb olacaq.

May ayının əvvəlində isə virusoloq özünütəcrid rejiminin 2020-ci ilin sonuna qədər uzadılmasına ehtiyac olmadığını demişdi: "İnsanları uzun müddət karantin rejimində qalmağa məcbur etmək mümkün deyil, bezib onsuz da küçəyə çıxacaqlar”, – deyə əlavə etmişdi.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ