RU
lombard
`Putinlə danışmaq mənasızdır`
12:30
406

`Putinlə danışmaq mənasızdır`

Türkiyə Rusiya qazından imtina edə bilər.

Yaponiyaya səfərə gedən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan öz təyyarəsində regionda baş verən son proseslər barədə jurnalistlərin suallarını cavablandırıb.

Ərdoğan öncə Rusiya ilə Türkiyə arasında gərginliyin hərbi toqquşmaya səbəb olmasının mümkünlüyü və Putinlə əlaqə saxlayıb-saxlamayacağı haqda sualı cavablandırıb:

“Ərəfə günündə (Qurban bayramı) Moskvada Putinlə görüşdük. Bundan sonra nələrin baş verdiyinin şahidi oldunuz. Hava əməliyyatlarının başlamasından dərhal sonra telefon danışığımız da oldu. Bütün bunların fonunda baş verənlər və hava məkanımızın pozulması onlar tərəfindən yol verilən ciddiyyətsizlikdir. Bundan sonra Putinlə təkrar əlaqə saxlamaram. Çünki, bu şərtlərdə mənim yenidən onunla əlaqə saxlamağım mənasız olar. Rusiyanın Türkiyə ilə toqquşmaya girmək barəsindən səslənən fikirlərə gəlincə isə hesab edirəm ki, Rusiyanın belə bir addım atacağına inanmıram”.

O, baş verən hadisələr fonunda NATO-nun rəsmi Ankaranın yandında olduğunu və gələn həftə regionda yaranmış vəziyyəti ətraflı müzakirə etmək üçün ABŞ prezidenti Barak Obama ilə telefonla əlaqə yaradacağını vurğulayıb:

“Biz Brüsseldə olarkən NATO bu məsələ ilə əlaqədar sərt açıqlama verdi. Səslənən mesaj çox aydındır: Türkiyənin hava məkanının pozulması NATO hava sahəsinin pozulması deməkdir. Mövcud durumu qəbul edə bilmərik. Rusiyanın izahatları isə inandırıcı deyil”.

R. T. Ərdoğan yaranan gərginlik fonunda Türkiyə-Rusiyanı birgə layihəsi olan Akkuyu AES-in tikintisi və təbii qaz layihələrinin gələcək perspektivindən də danışıb:

“Ortada bizi dərin düşündürən məsələ yoxdur. Akkuyu AES-i ruslar inşa etməsə, başqası gəlib edəcək. Eyni zamanda ruslar ora 3 milyard dollar sərmayə qoyub. Ona görə də bu məsələdə daha həssas olması lazım gələn tərəf Rusiyadır. Təbii qaza gəlincə, biz Rusiyanın bir nömrəli qaz istehlakçısıyıq. Türkiyəni itirmək Rusiya üçün ciddi itki olar. Türkiyə lazım gələrsə, qazı çox fərqli yerlərdən də ala, başqa alternativlərə yönələ bilər”.

Rusiya və ABŞ-ın Suriyadakı kürd qruplaşması, Türkiyənin terror təşkilatı saydığı PYD-yə münasibətdə oxşar mövqeyə malik olması barədə sualı cavablandıran R. T. Ərdoğan:

“Hər şeydən əvvəl biz Amerika ilə müttəfiqik, NATO-nun da üzvüyük. Türkiyəyə qarşı bir hərəkətə hər iki ölkənin eyni münasibət göstərəcəyini necə düşünmək olar? Belə bir şey mümkün deyil. PYD-nin PKKdan ayırmaq mümkün deyil. Bundan başqa Rusiya İraq hökuməti dəvət edəcəyi halda bu ölkədə də “İŞİD”i bombalaya biləcəyi haqda bəyanat yayır. Amma Rusiya Suriyada “İŞİD”i vurmur axı. Bir dəfə ağızlarından qaçırdılar ki, Əsəd rejiminə qarşı olan hər qruplaşma bizim üçün terrorçudur. Sonra bu mövqelərindən geri çəkildilər. Görünən odur ki, bunların əsl məqsədi hərbi baza yaratmaq və Suriyadakı hərbi güclərini möhkəmləndirməkdir”.- deyə cavablandırıb./azvision

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ