Qadın ayaqlarını təraş etmədiyinə görə işdən qovuldu - Şirkətdən qəribə qərar - FOTO

Qadın ayaqlarını təraş etmədiyinə görə işdən qovuldu - Şirkətdən qəribə qərar - FOTO

İngiltərədə qəribə olay yaşanıb.

7News.Az xarici mətbuata istinadla xəbər verir ki, orta yaşlı qadın bədən tüklərini təmizləmədiyinə görə işdən azad edilib.

Reklam şirkətlərinin birində işləyən 21 yaşlı qadın natəmizliyinə görə vəzifəsindən kənarlaşdırılıb. Adını gizlədərək özünə Bundo ləqəbini seçən qadın sosial şəbəkələrin birində paylaşım edərək iş yerindən narazılığını bildirib.

"Mənim 21 yaşım var və reklam şirkətlərinin birində işləyirdim. Oriyentasiyam normaldır, özümü qadın kimi hiss edirəm. Sadəcə vaxtımı və pulumu bədənimi təraş etməyə sərf eləməkdən xoşum gəlmir. Bundan başqa, tüklü biri də deyiləm. Bədən tüklərimi zorla seçmək olur. Ancaq sevgilim olanda təmizlənirəm. Axırıncı sevgilim isə 3 il bundan əvvəl olub. O, da tüklü olduğum üçün məni ələ salmayıb.

Amma, günlərin birində ofisə daxil olan zaman müdir salamımı almadı və məni otağına çağırdı. O, bildirdi ki, kolleqalarım ayaqlarımı təraş etmədiyimə görə məndən ona şikayət ediblər.

 

Mən işdən çıxarıldım. Sizcə bu ədalətli qərardır?", - qadın Redditdə yazıb.

Onun paylaşımı qısa zamanda sosial şəbəkələrin müzakirə mövzusuna çevrilib. İzləyicilərin əksəriyyəti qadını iyrənclikdə günahlandırıb, onu qınayıblar.

7News.Az

Xəbər lenti