Qadın idmançı kişi çıxdı, ölkə qarışdı - FOTOLAR

Qadın idmançı kişi çıxdı, ölkə qarışdı - FOTOLAR
Keniya atletika yığmasında qalmaqal baş verib.

Komandanın qadının üzvünün əslində kişi olduğu üzə çıxıb.

Şkyeys Çepkosqi adlı idmançı özünü Pamela Mulupi adı ilə təqdim edərək bir xəstəxanada tibb bacısı kimi işə başlayıb. Lakin sonradan sonun kişi olduğu üzə çıxıb və həbs olunub.

Bundan sonra məlum olub ki, o, bir çox beynəlxalq turnirdə Keniyanı qadın atlet kimi təmsil edib və qızıl medallar qazanıb. 



İddialara görə, Keniya Atletika Federasiyası da bu vəziyyətdən xəbərdar olub. Lakin federasiya olayla bağlı açıqlama verməkdən imtina edib.

Məhkəmədə ifadə verən Şkyeys Çepkosqi "Kişi kimi doğulmuşam, amma turnirlərdə qadın olaraq çıxış etmişəm". 



İdmançının həbsi zamanı da maraqlı hadisə baş verib. Belə ki, Şkyeys Çepkosqi qadınlar üçün nəzərdə tutulan saxlanma məntəqəsinə göndərilib, amma burda bir gün qalıb və kişi həbsxanasına köçürülüb.

Məsələnin ilginc tərəfi isə ondan ibarətdi ki, Şkyeys Çepkosqi cinayət əməli törətsə də, onu həbs cəzası göləmir. Çünki işə baxan məhkəmə hakimi də nə edəcəyini bilmir.



"Bu hadisə ortaya çıxanda onu hansı həbsxanaya göndərəcəyimizi bilmirdik. Özümüzə sual verirdik ki, qadınların yanına göndərək, yoxsa kişilərin? Ümid edirəm ki, səlahiyyətli qurumlar bu problemi həll edər, onu doğru yerə göndərərik" deyə məhkəmə hakimi bildirib./Fanat.Az
 



7News.Az

Xəbər lenti