Qadın millət vəkili dərin dekolteli geyimi ilə parlament iclasında gündəm oldu - FOTOLAR

Qadın millət vəkili dərin dekolteli geyimi ilə parlament iclasında gündəm oldu - FOTOLAR

Braziliya parlamentinin qadın üzvü Anna Paula Da Silva geyimi ilə dünyada gündəm olub.

 Millət vəkili parlamentin iclasına açıq sinə dekolteli qırmızı kostyumla gəlib.

Adətən rəngli və cazibədar geyimlərə üstünlük verən millət vəkili son geyimindən sonra təhqirlərə və təhdidlərə məruz qalıb. Onu hətta təcavüzlə qorxutmaq istəyənlər də olub. Onu təhdid edənlər arasında hətta əyalət polis təşkilatından bir məmur da var. Lakin millət vəkili bütün bunlara rəğmən stilindən vaz keçməyəcəyini, onu təhdid edənləri məhkəməyə verəcəyini deyib.

Anna Paula məsələ haqqında bunları deyib: "Qadınların sinəsi vardır. Mənim də böyük sinəm var. Və hər zaman beləydim. Millət vəkili seçiləndə başqa qadına çevrilmədim. Mesaj verilib. Qadınlar siyasətin içində və toplumda buna uyğunlaşmaq məcburiyyətindədir. İndi parlamentdə müzakirə olunması vacib olan daha əhəmiyyətli mövzular var. Cazibədaram, eyni zamanda, siyasətdə iştirak edirəm. Bu da hər kəsi qıcıqlandırır”./publika

 

7News.Az

Xəbər lenti