AGAT Azərbaycanda gənc nəslin iştirakı ilə qərb demokratik dəyərlərinin əsas təbliğatçılarlından biri kimi fəaliyyət göstərir

AGAT Azərbaycanda gənc nəslin iştirakı ilə qərb demokratik dəyərlərinin əsas təbliğatçılarlından biri kimi fəaliyyət göstərir

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatı(AGAT) Azərbaycanda gənc nəslin iştirakı ilə sülh, insan hüquqları və qərb demokratik dəyərlərinin əsas təbliğatçılarlından biri kimi fəaliyyət göstərir. Əsas missiyası qərb vətəndaş cəmiyyəti modelinin Azərbaycanda daha da möhkəmlənməsinə nail olmaqdır. AGAT 2009-cu ildə Azərbaycanda yaşayan milli icmaların gənclər təşkilatlarının Koordinasiya Şurasını yaratmışdır. Hazırda Şurada ölkəmizdə yaşayan Yunan, Yəhudi, Türk, Ukrayna, Tatar, Kazak, Rus və Polyak xalqlarının nümayəndələri təmsil olunurlar.

Dağlıq Qarabağ bölgəsini və ətraf 7 rayonları işğal altında saxlayan Ermənistan Respublikası silahlı qüvvələri Qarabağda separatist-terroçulara dəstək verərək Birləşmiş Millətlər Təşkilatı (BMT) Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinə baxmayaraq, 24 ildən artıq müddətdə Azərbaycanın son günlər Azərbaycan-Ermənistan dövlət sərhəddinin və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin mövqelərinə bir neçə dəfə basqın etmişdir.  Erməni Silahlı Qüvvələrinin artilleriya hücumları nəticəsində bir neçə mülki şəxs həlak olub və ciddi yaralanmışdır. Eyni zamanda ictimai və özəl mülkiyyətə ciddi ziyan vurulub.Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT-nin qəbul etdiyi 4 Qətnamənin lazımsız bir sənədə çevrilməsi, ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlərin beynəlxalq hüququn norma və prinsiplərini rəhbər tutaraq Ermənistanın işğalçı və terrorçu bir dövlət kimi tanınmasında maraq göstərməməsi cəzasızlıqdan azğınlaşmış bu dövlətin növbəti təcavüz və terror aktı həyata keçirməsinə böyük zəmin yaratmışdır. Danışıqlarda qeyri-konstruktiv mövqe nümayiş etdirən, status-kvonun qorunub saxlanmasında maraqlı olan və həmçinin Sülh Planından boyun qaçıran işğalçı Ermənistanın BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əməl etməməsi ( 822,853,874 və 884 ) qanlı etnik təmizləmə siyasəti həyata keçirməsi, 1 milyon 200 mindən artıq insanı öz yurdundan qovması və sonunda sülh prosesinə xələl gətirən bu cür təxribatçı addımlar atması bu ölkəyə qarşı beynəlxalq ictimaiyyət tərəfindən ciddi sanksiyaların tətbiq edilməsi üçün əsas verdiyi halda, bütün bunlara rəğmən, Azərbaycan dövlətinə qarşı ikili standartlar yeridən müvafiq təşkilatlar nədənsə susmaqda davam edirlər.

Biz bir daha beynəlxalq təşkilat və qüvvələrdən 20% ərazisi işğala məruz Azərbaycan Respublikasına münasibətdə ədalətli və qəti mövqeyə malik olmalarını, təcili olaraq işğalçı Ermənistanın ciddi şəkildə cəzalandırılmasını və ona qarşı beynəlxalq sanksiyalar tətbiq olunmasını tələb edirik.

Biz müharibədən əziyyət çəkən, hər an bu təhlükəni yaşayan Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələri olaraq, beynəlxalq ictimaiyyətə,əlaqədar siyasi qurumlara müraciət edərək, Ermənistanın Azərbaycana qarşı bu işğalçılıq siyasətinin dayandırılmasına, erməni hərbi qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən və ətraf 7 rayonlardan erməni silahli dəstələrin çıxarılmasını və Azərbaycanın BMT tərəfindən tanınan sərhədlərinin bərpasına çağırışlar etməsini, ədalətli mövqe nümayiş etdirməsini Azərbaycanda yaşayan milli icmaların gənclər təşkilatlarının Koordinasiya Şurası olaraq tələb edirik.

Nərgiz Xələf

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədri

Şuranın koordinatoru

Xəbər lenti