RU
lombard
Qadınla intim görüntüləri yayılan millət vəkilindən ŞOK ADDIM - FOTO
21:23
745

Qadınla intim görüntüləri yayılan millət vəkilindən ŞOK ADDIM - FOTO

Çılpaq fotoları və qadın köməkçisi ilə öpüşmə görüntüləri mətbuatda dərc olunan demokratçı senator Keti Hill intihara cəhd edib.

Publika.az xəbər verir ki, Nümayəndələr Palatasının üzvü "Nyu York Tayms”a müsahibəsində ailəsinə ağrı yaşatmamaq üçün bu fikirdən vaz keçdiyini açıqlayıb.

"Bir çox insanın çılpaq olduğu, pusquya düşdüyü və qaçmağa çalışdığı kabusları var. İstefa verəcəyim gün eynilə hər kəsin ən pis kabusu kimi idi. İntim görüntülərimin yayıldığı dövrdə ağlama və titrəmə böhranı keçirirdim. İntihar etmək istəsəm də, ailəmə bu ağrını yaşatmaq istəmədim”.

32 yaşlı millət vəkili vəzifəsindən istefa verərkən bu ifadələri işlətmişdi: "Bu, həyatda etmək məcburiyyətində olduğum ən çətin şeydir. Amma bunun seçicilərim, cəmiyyət və ölkəmiz üçün ən yaxşısının olduğuna inanıram”.

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ