Natiq Əliyev: Mayın 17-də TAP-ın icrasına rəsmi start veriləcək

Natiq Əliyev: Mayın 17-də TAP-ın icrasına rəsmi start veriləcək

Hazırda “Cənub Qaz Dəhlizi” layihəsinin vaxtında icra edilməsi Azərbaycan üçün əsas prioritetdir. 

Bu sözləri energetika naziri Natiq Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı keçmiş fövqəladə və səlahiyyətli səfiri İrfan Siddiq ilə görüşündə deyib. 

“Mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlinin qoyulması ilə bu layihənin də icrasına rəsmi start veriləcək. Bununla da “Cənub Qaz Dəhlizi”nin reallaşması istiqamətində hər hansı maneə qalmayacaq”, - deyə nazir çıxışında qeyd edib. 

Nazir layihənin genişləndirilməsinin və Balkan ölkələrinin qaza olan tələbatının ödənilməsinə imkan verəcək interkonnektorların tikintisinin də vacibliyini bildirib.

7news.Az

Xəbər lenti