“Qarabağda əvvəlki kimi müharibədir, Ermənistan əhalisi isə ölkəni tərk edir” — Rusiyalı siyasətçi

29 İyun 2019, 15:16
29 İyun
2019
15:16
267
Ermənistan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasındakı səsverməsi Ermənistanda ciddi müzakirələrə səbəb olub. Məsələ burasındadır ki, erməni nümayəndə heyətinin yarısı Avropa Şurası Parlament Assambleyasına Rusiya nümayəndə heyətinin qayıtmasını dəstəkləməyib. Məlum olduğu kimi, qərarın lehinə müxalifət fraksiyasının millət vəkilləri Edmon Marukyan və Naira Zoqrabyan səs veriblər.
Nümayəndə heyətinin rəhbəri Ruben Rubinyan (eyni zamanda parlamentin xarici əlaqələr komissiyasının sədridir) qərarın əleyhinə səs verdi və sonra bildirdi ki, bu, texniki səhvdir. "Dalma” saytında erməni jurnalist Ayk Xalatyan isə yazır ki, AŞPA-da səsvermə mexanizmi ilə tanış olanlar bilir ki, orada düzgün səs verməmək mümkün deyil. Bundan başqa, hakim partiyanın ikinci deputatı Ovannes İqityan (parlamentin xarici əlaqələr komissiyası sədrinin müavinidir) səsvermədə iştirak etməyib.
AŞPA-da keçirilən səsvermə Ermənistan hakimiyyətinin Rusiyaya münasibətinin real göstəricisidir.
7News.Az xəbər verir ki, rusiyalı yazıçı, siyasi və ictimai xadim, "Zavtra” qəzetinin baş redaktoru Aleksandr Proxanov Media.Az portalına müsahibəsində baş verənləri şərh edib.
-Azərbaycan nə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), nə də Avrasiya İqtisadi Birliyinə üzv deyil. Amma Azərbaycan nümayəndə heyəti tam tərkibdə Rusiyanı dəstəklədi. Ermənistan həm KTMT, həm də Avrasiya İqtisadi Birliyinə üzvdür. Amma qaz qiymətinə, silah tədarükünə və digər məsələlərə görə asılı olduğu müttəfiqini yekdilliklə dəstəkləmədi...
-Mənə elə gəlir ki, erməni cəmiyyəti möhkəmləndirilməyib, yalnız qismən idarə olunandır, qismən dövlət başısının aşkar və qeyri-aşkar tapşırıqlarını icra edir. Bu müxtəliflik də ictimai düşüncəsinin tarazlığını pozur. Məhz faciə də bundadır...
-Maraqlıdır ki, Rusiyanı dəstəkləməyənlər Nikol Paşinyan komandasının üzvləridir.
Bu elə məhz ictimai düşüncənin problemidir. Məsələn, Azərbaycanda müxalifət var. Amma Azərbaycan cəmiyyəti tam formalaşıb. Cəmiyyət daxili məsələlərdən, daxili problemlərdən əziyyət çəkmir. Bütün çətinliklərə baxmayaraq, bütün enerjisini inkişafa yönəldir. Bu, səsvermədə də özünü göstərir.
Rusiya ilə münasibət Azərbayan siyasətinin strateji istiqamətidir. Biz elə bilirdik ki, erməni siyasətində də belədir. Çünki Nikol Paşinyan hər dəfə bunun belə olmadığını (söhbət Rusiya ilə ziddiyətlərdən gedəndə) bəyan edir.
Erməni cəmiyyəti parçalanıb, müxtəlif partlayışlar ola bilər. Bundan başqa, bu yaxınlarda orada inqilab, hakimiyyət dəyişikliyi olub. Bu, böyük miqdarda enerji sərfiyyatıdır. Mənə elə gəlir ki, Ermənistan bir çox məsələdə boşalıb. Ermənistan inqilabın nəticələrinə əsasən arzuladıqlarını ala bilmədi. Qarabağda yenə də müharibə davam edir, əhali ölkəni tərk edir.
Ermənistan iki yol ayrıcında qalıb. Birincisi, Rusiya ilə birlikdə olma məcburiyyəti (Ermənistan Rusiyadan həm iqtisadi, həm də geosiyasi cəhətdən asılıdır), ikincisi, erməni diasporunun yaşadığı Qərbə, Amerikaya can atır.
Əgər həqiqəti söyləsək, mənim vətənim SSRİ-nin nə vaxtsa bir hissəsi olan ermənilərə yazığım gəlir. Eyni zamanda ildən ilə daha güclü, eyni zamanda vahid dövlətə çevrilən Azərbaycanın uğurlarına da çox sevinirəm. Azərbaycan nə qədər güclü olsa, Moskva ilə Bakının münasibətləri də o qədər sıx olar. Bir rus patriotu kimi digər dövlətlərlə münasibət quran Azərbaycanın daha da güclənməsində heç bir təhlükə görmürəm.
7News.Az
Xəbər lenti
-
18:20Canlı yayımda Ələkbər Yasamallı ilə Aqşin Fateh arasında dava düşdü, bir-birilərinə elə sözlər dedilər ki... — VİDEO
-
18:19General deputatlığa namizədliyini irəli sürdü (FOTO)
-
18:16Bakıda daha bir müəmmalı yol - Sürücülər hər gün burada cərimələnir - VİDEO
-
17:14“Dövlətin və xalqın xilaskarı" mövzusunda konfrans keçirilib
-
16:46Şəkinin Çayqaraqoyunlu kəndində yoxsul yaşayan ailə laqeyd, etinasız münasibətlə üzləşib - VİDEO
-
16:3978 yaşlı Quba sakini: Ev su ilə dolur, ayaqlarımız tutulub
-
16:33Evsiz, işsiz, sənədsiz ailə dövlətdən kömək istəyir
-
16:22Laçın Təhsil Şöbəsində rüşvətin tüğyanı: “Dərs saatı 6-10 manatdır” - VIDEO
-
16:16 Sabirabadda dövlət tenderlərini KİMLƏR UDUR? - İLGİNC SİYAHI
-
16:13Zakir Fərəcovun borclu olduğu şəxslərin SİYAHISI AÇIQLANDI –FOTO
-
16:092-ci qrup əlilin haqqı tapdanır... - GİLEY
-
20:15Qərargah rəisi: "Yanğın olan əraziyə 17 yanğınsöndürən maşın cəlb olunub, xəsarət alan yoxdur" ÖZƏL VİDEO
-
19:58Bakıda 3-cü mikrorayon bazarında yanğın - ÖZƏL VİDEO
-
15:59EKTİS fermerlərə aqrar kredit üçün müraciət imkanı yaradacaq
-
15:57RƏSMİ açıqlama: Elvin İsayev Ukraynadan Azərbaycana deportasiya edilib
-
14:58Dövlətə 1.3 milyon borcu olan şirkət Bərdəni necə abadlaşdırdı?
-
14:01Xırdalanın “xırda” dərdi: Bu yol bitməyəcək...
-
13:5089 yaşlı nənənin Yeni il arzusunu çin etdilər: Qocalar evində striptiz şou - Fotolar
-
13:45Bakıda supermarketi yoxladılar, saxta yağ tapıldı - Foto
-
13:30Məhərrəm Əliyev yeni vəzifəsində ilk dəfə... (FOTOLAR)
-
13:15“Nar” abunəçilərinin nəzərinə!
-
13:00Makronla Sannanın səmimi görüntüləri dünya mediasının gündəminə düşdü (FOTOLAR)
-
12:50Könül Kərimova oğlunun əməliyyatından danışdı - VİDEO
-
12:40Azərbaycanlılar Gürcüstanda həmyerlilərini öldürüb Rusiyaya qaçdılar
-
12:30“Dəlisov professor” bütün təcrübələri öz üzərində keçir - VİDEO
-
12:20Bakıda “Infiniti” ilə qəza törədən qız adamlara hücum çəkdi - VİDEO
-
12:00ANS-in Qənirəsindən — İNANILMAZ FOTOLAR
-
11:58SON DƏQİQƏ! Bakıda sərnişin avtobusu qəzaya düşdü - yaralılar var
-
11:50İlyas İsmayılov oğlunun qatili ilə üzləşdi
-
11:40Kamera qarşısında sinəsi açılan Türkan biabır oldu, saçı ilə sinəsini bağladı - VİDEO
-
11:20Kraliça II Elizabet 50 min funt sterlinq məvacibə işçi axtarır
-
11:14Nazirlər Kabineti “Aqrar Sığorta Fondu”nun Nizamnaməsini təsdiqləyib – İZAH
-
11:10Həkim yeni doğulan körpəni şikəst etdi
-
11:00Şahzadəyə çevrilən sadə qızlar - Kimdir onlar? (FOTOLAR)
-
10:50Bu mallar gömrük rüsumundan azad edildi — Baş Nazirdən QƏRAR
-
10:40Könül Kərimovanın oğlu xəstəxanaya yerləşdirildi - Ürəyində ciddi problem var
-
10:30Gecə çılpaq yatan modelin evinə oğru girdi, görüntülər yayıldı, biabır oldu - VİDEO - FOTO
-
10:20Məmur evində iki qadın vəhşicəsinə qətlə yetirildi - Bakıda - FOTO
-
10:10Qızları fahişəliyə cəlb edən dəstə yaxalandı - Əllərini qaynar suda yandırırlarmış... - FOTO
-
10:00Safura yenidən səhnəyə qayıdır - FOTO
14 Dekabr 2019
Digər xəbərlər
-
SİYASƏT
RƏSMİ açıqlama: Elvin İsayev Ukraynadan Azərbaycana deportasiya edilib
-
SİYASƏT
Nazirlər Kabineti “Aqrar Sığorta Fondu”nun Nizamnaməsini təsdiqləyib – İZAH
-
MANŞET, SİYASƏT
12 min nəfər əhaliyə ŞAD XƏBƏR
-
SİYASƏT
Çingiz Qənizadə Ağdaşa başçı getmək istəyir, amma... - rayon camaatı ETİRAZ EDİR
-
SİYASƏT
Ermənistanla sərhəddə döyüş mövqeləri 1,5-1,7 kilometr irəli çəkilib - RƏSMİ
-
MANŞET, SİYASƏT
Prezident İlham Əliyev: "Əminəm ki, Rusiya-Azərbaycan münasibətləri ölkələrimizin, xalqlarımızın rifahı naminə durmadan inkişaf edəcək"
-
MANŞET, SİYASƏT
İlham Əliyev Bakı gəmiqayırma zavodunda inşa olunmuş ilk tankerin istismara verilməsi mərasimində - FOTO
-
SİYASƏT
Ramiz Mehdiyevin kürəkəni danışdı: “Özbaşına edə bilmərəm...”
-
MANŞET, SİYASƏT
İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul etdi - FOTO