Qarabağda yüzlərlə insanı ölümdən qurtaran əməkdar həkim vəfat etdi

Qarabağda yüzlərlə insanı ölümdən qurtaran əməkdar həkim vəfat etdi
Azərbaycan Respublikasının əməkdar həkimi, tibb elmləri namizədi Əvəz Səməd oğlu Zeynalov vəfat edib.

7News.Az publika-ya istinadən xəbər verir ki, uzun illər tibb sahəsində cərrah kimi çalışmış Ə.Zeynalov xəstəlik səbəbindən 84 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Əvəz Zeynalov 22 dekabr 1935 -ci ildə Laçın rayonunun Aşağı Fərəcan kəndində anadan olub.

1955-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə daxil olub. 1969-1974 -cü illərdə Kiyev Dövlət Tibb Universitetində aspirantura təhsili alıb.

1988- ci ildən Laçın rayon mərkəzi xəstəxanasının baş cərrahı olub, 1500-dən çox cərrahiyyə əməliyyatları aparıb. Həmçinin Qarabağ müharibəsində yüzlərlə ağır yaralanmış döyüşçünü yenidən həyata qaytarıb. Onlarla qaçqın, köçkün və əlacsız xəstələri təmənnasız müalicə edib.

1992- ci ilin iyul ayından 2011- ci ilin avqust ayına qədər Bakı şəhəri Əfəndiyev adına 4 saylı klinik xəstəxanasında növbətçi cərrah vəzifəsində çalışıb.

Allah rəhmət eləsin.

Qarabağda yüzlərlə insanı ölümdən qurtaran əməkdar həkim vəfat etdi
 

7News.Az

Xəbər lenti