Qazaxda bir gecədə üç nəfər bıçaqlandı

Qazaxda bir gecədə üç nəfər bıçaqlandı

Qazax rayonunda bir gecədə üç nəfər bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

7News.Az "Qafqazinfo"ya istinadən bildirir ki, rayonun Xanlıqlar kənd sakini, 1979-cu il təvəllüdlü Şərifov Rəşad Mədət oğlu, Orta Salahlı kənd sakini 1987-ci il təvəllüdlü Məmmədov Orxan Abdulla oğlu kürək nahiyələrinin kəsilmiş-deşilmiş bıçaq xəsarətləri alıblar. Onlara tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir. 

Ağköynək kənd sakini, 1988-ci il təvəllüdlü Eyudov Teymur Naib oğlu isə səhər saat 5 radələrində qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Əməliyyat olunan T. Eyubovun vəziyyəti orta ağır qiymətləndirilir. Məlumata görə, hadisələr müxtəlif vaxtlarda ayrı-ayrı yerlərdə baş verib.

 

Qazax rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

7News.Az

Xəbər lenti