Qazıntı işləri aparan ekskavator çaya aşıb, sürücü tapılmır - Azərbaycanda bədbəxt hadisə

Qazıntı işləri aparan ekskavator çaya aşıb, sürücü tapılmır - Azərbaycanda bədbəxt hadisə
Qubada bədbəxt hadisə baş verib.

7News.Az xezerxeber.az-a istinadən bildirir ki, Vəlvələçayda qazıntı işləri aparan ekskavator aşıb. Ekskavatorun sürücüsü 41 yaşlı Şabran rayon sakini Qasımov Vüqar Eyvaz oğlunun uçqun altında qaldığı ehtimal olunur.

Əraziyə hüquq-mühafizə oqranlarının əməkdaşları, eləcə də Fövqəladə Hallar Nazirliyinin dalğıc-axtarış qrupu cəlb olunub. Aparılan axtarışlar hələ ki, nəticəsiz qalıb. Sürücünün taleyi barədə heç bir məlumat yoxdur.

Axtarışlar davam etdirilir.
 

7News.Az

Xəbər lenti