Qeyri-adi penalti zərbəsi: qapıçını “doladı” - VİDEO

Qeyri-adi penalti zərbəsi: qapıçını “doladı” - VİDEO

Avstraliyanın "Brisben Roar” komandasının yarımmüdafiəçisi Erik Boteak "Adelaida Yunayted” klubuna qarşı keçirilmiş matçda on bir metrlik cərimə zərbəsindən özünəməxsus tərzdə qol vurub.

Həmin qolun videogörüntüsü Avstraliya çempionatının "Twitter” səhifəsində yayılıb.

"Brisben Roar” futbolçusu matçın 59-cu dəqiqəsində komandasına penalti zərbəsi qazandırıb. Topa E.Boteak yaxınlaşıb.

Uzaqdan götürülərək, topa doğru şütüdüyündən qapıçı onun küncə güclü zərbə endirəcəyinə inanıb. Ancaq bunun əvəzində yarımmüdafiəçi bilərəkdən ayağını büdrədərək, topu yavaş toxunuşla mərkəzə doğru göndərib.

E.Boteakanın hiylə işlədərək vurduğu qol onun komandasına kömək edə bilməyib. "Brisben” 3:5 hesabı ilə məğlub olub. 


Xəbər lenti