Qız sevgilisinin gözü önündə qayadan yıxıldı - FOTO

Qız sevgilisinin gözü önündə qayadan yıxıldı - FOTO
29 yaşlı Hanna Lou təcrübəli alpinist olub və sevgilisi Adamı da qaya dırmanmaya həvəsləndirib. Lakin bu həvəs cütlüyü ayırıb.

7News.Az-ın life.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə "Mirror" yazır.

Artıq üç ildən çox birlikdə olan Hanna və Adam münasibətlərini daha da ciddiləşdirib birgə ev almaq və Adamın 30 yaşını qeyd etmək fikrində idilər. Lakin sən saydığını say, gör, fələk nə sayır...

Bir gün Hanna, bacısı, anası və sevgilisi ilə İngiltərənin Pik Distrikt dağına piknikə gediblər. Zirvəyə çatdıqda, sevgililər təklikdə qalıb gələcək planlarını müzakirə etmək istəyiblər. Geri qayıdarkən Hanna müvazinətini itirərək yıxılıb. Adam onu saxlamaq istəsə də, özünü çatdırmayıb və sevgilisi gözünün önündə 18 metr hündürlükdən yıxılaraq dünyasını dəyişib.

Qız sevgilisinin gözü önündə qayadan yıxıldı - FOTO

Polislər qızın bədbəxt hadisə nəticəsində ağır kəllə-beyin travmasından öldüyünü təsdiqləyiblər.

Qız sevgilisinin gözü önündə qayadan yıxıldı - FOTO

"İçimdəki ağrını sözlə ifadə etmək mümkün deyil... Səni əbədi olaraq sevəcəyəm" , - deyə oğlan kədərini ifadə edib.

7News.Az

Xəbər lenti