Qız uşağına təcavüz etmək istədi, əhali tərəfindən linç edildi

Qız uşağına təcavüz etmək istədi, əhali tərəfindən linç edildi
Azyaşlı uşağa təcavüz etmək istəyən şəxs vəhşicəsinə döyülüb.

7News.Az xəbər verir ki, Adanada məhəllədə oyun oynayan qız uşağına tanımadığı bir şəsx təcavüz etmək istəyib. O, uşağı cinsi istismar etməyə başlayıb. Bu zaman azyaşlı qız qışqıraraq kömək istəyib. Qızın qışqırığına toplanan məhəllə sakinləri həmin şəxsi tutaraq döyməyə başlayıb. 

Sakinlərdən bəziləri polisə xəbər verib. Lakin polis hadisə yerinə gələnə qədər vətəndaşlar təcavüzkarı dayanmadan döyüblər. Polis həmin şəxsi Onların əllərindən zorla alıaraq yaxalayıb.
 

7News.Az

Xəbər lenti