Qızıl mədənində torpaq sürüşməsi: 35 nəfər itkin düşdü

Qızıl mədənində torpaq sürüşməsi: 35 nəfər itkin düşdü

Əfqanıstanda qızıl mədənində baş verən torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub, 35 nəfər itkin düşüb.

"Tolo News” xəbər verir ki, hadisə Bədəxşan əyalətində baş verib.

Məlumata görə, sürüşmə zamanı mədəndə dörd nəfər olub.

"Yerli sakinlər hazırda beş nəfərin cəsədini tapıb, digər 34 nəfərin taleyi məlum deyil”, - əyalət qubernatorunun nümayəndəsi Nek Məhəmməd Nəzəri deyib.

Onun sözlərinə görə, sürüşmə baş verən ərazi "Taliban” nəzarətində yerləşir və buna görə də yerli hakimiyyət xilasetmə işləri apara bilmir.

7News.Az

Xəbər lenti