Qızının bədənində ləkələr görən ata evinə kamera yerləşdirdi, gördüklərindən şoka düşdü - video

Qızının bədənində ləkələr görən ata evinə kamera yerləşdirdi, gördüklərindən şoka düşdü - video
Türkiyədə 27 yaşlı gənc ana balaca qızını amansızcasına döyüb. 

7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qadının iki yaşlı qızını döydüyü anlar kameraya düşüb. Belə ki, Erdem.T qızının bədənində ləkələr görüb. 

Qızının anası tərəfindən döyülməsindən şübhələnən ata otağa gizli kamera yerləşdirib. Görüntüləri izlədikdən sonra polisə şikayət edib. Bundan sonra Tuğba.T adlı həyat yoldaşı barədə 3 ay evdən uzaqlaşmaq qərarı alınıb. 

Araşdırmalardan sonra qadının davamlı olaraq azyaşlı qızını döydüyü aşkarlanıb. Məhkəmə zamanı gənc anaya 1 il 3 ay həbs cəzası verilib. 

Hirsi soyumayan ata verilən cəzanı az hesab edib:

"Qızımın psixologiyası uzun müddət sonra normala döndü. Hazırda o çox yaxşıdır və xoşbəxtdir. Ümid edirəm ki, ən qısa zamanda məhkəmə qızımın vəkalətini mənə verəcək”.



 
 

7News.Az

Xəbər lenti