Qoyun otaran gənci elektrik cərəyanı vurdu

Qoyun otaran gənci elektrik cərəyanı vurdu

Qubada qoyun otaran gənci elektrik cərəyanı vurub. 

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Yerfi kəndində qeydə alınıb.

Kənd sakini, 18 yaşlı Cabir Babayev qoyun otararkən əlindəki çomağı yaxınlıqdan keçən elektrik xəttinə toxundurub. Çomaq yaş olduğu üçün, gənc oğlanı elektrik cərəyanı vuraraq öldürüb.

Hazırda faktla bağlı Quba rayon Prokurorluğunda araşdırma aparılır.

7News.Az

Xəbər lenti