Ramiz Məlik prezidentə təşəkkür etdi

Ramiz Məlik prezidentə təşəkkür etdi

Son illərdə dövlətimiz və prezidentimizin həyata keçirdiyi islahatlar, istər daxili, istərsə də xarici siyasətdə apardığı uğurlu işlər biz sənət insanlarını sevindirir.

7News.Az xəbər verir ki, "Şöhrət” ordeni ilə təltif edilməsi ilə bağlı Oxu.Az-a danışan Xalq artisti Ramiz Məlik bildirib ki, sənət insanlarına olan qayğı və mükafata layiq görülmələri gələcək işlərində onlara mənəvi təkan verir:

"Dünən həm Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illiyi keçirildi, həm də biz aktyorlar üçün şad bir gün oldu. Bu sevinci bizə Prezident İlham Əliyev yaşatdı. Məndə daxil olmaqla, bir çox sənət insanlarımız mükafatlara layiq görüldü. "Şöhrət” ordeni ilə təltif edildiyimə görə prezidentimizə təşəkkür edirəm.

Azərbaycan teatrının inkişafına, teatr xadimlərinə göstərdiyi bu misilsiz qayğı biz aktyorlar tərəfindən yüksək qiymətləndirilir.

Mədəniyyət Nazirliyinə və teatrımızın rəhbərliyinə təşəkkür edirəm. Onların qayğısı, bizə olan münasibəti hamımızı sevindirir. Gələcək işlərimizdə bizə mənəvi təkan verir. Çünki alınan mükafatların arxasında böyük işlər durur. Hər kəs mükafat aldıqdan sonra da öz işini davam etdirməlidir”.

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyi münasibətilə və Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə Rafael Dadaşov, Nurəddin Mehdixanlı və Ramiz Məlikin "Şöhrət” ordeni ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb.

7News.Az

Xəbər lenti