Ramiz Zeynalovla bağlı yazı təkzib edildi - RƏSMİ

Ramiz Zeynalovla bağlı yazı təkzib edildi - RƏSMİ

Məlumat üçün qeyd edək ki, 21.05.2019 tarixində saat 15:46-da "Daha bir məmurun "biznes imperiyası”nın siyahısı yayıldı –BU DƏFƏ GENERAL RAMİZ ZEYNALOV” başlıqlı yazı dərc edilib. Yazının mənbəyi də saytda, mətnin sonunda xüsusi olaraq qeyd olunmuşdur. Biz istinad haqqında qanuna müvafiq olaraq yazının mətninə heç əlavə və dəyişiklər etmədən dərc etmişik. Məsələ burasındadır ki, bu yazı Qaynarinfo saytında ötən il dərc edilmişdir. Yaxın günlərdə isə bəzi saytlar yazını yenidən istinadla tirajlayıblar. Redaksiyamızın əməkdaşları da eyni qaydada yazını dərc ediblər. Biz 7NEWS.az olaraq mənbə ilə əlaqə saxladıq. Məlum oldu ki, yazını ərsəyə gətirən sayt artıq yazını silibdir. Bu mənada biz redaksiyamıza ünvanlanan ərizəni qəbul edir, generalın vəkilinin tələbini doğru hesab edirik. Bütün bunları nəzərə alaraq generaldan üzr istəyir və bizim məhsulumuz olmayan, istinadla verdiyimiz yazını rəsmi şəkildə təkzib edirik.

7NEWS.az redaksiyası

Xəbər lenti