"Real"ın qapıçısından rekord

"Real"ın qapıçısı Keylor Navas yeni rekorda imza atıb.

7News.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, kosta-rikalı qolkiper buna Çempionlar Liqasının "Mançester Siti" ilə ilk yarımfinal görüşündə (0:0) nail olub.

Mançesterdə baş tutan matçda qapısının toxunulmazlığını qoruyan Navas quru oyunlar seriyasını 8-ə yüksəldib. Bununla da, Navas Çempionlar Liqasında quru oyunlar seriyası üzrə klub rekordunu yeniləyib.

Qeyd edək ki, 29 yaşlı qapıçı cari mövsüm Çempionlar Liqasında cəmi iki qol buraxıb. 

Xəbər lenti