lombard

Reliti şou iştirakçılarına qaydaları pozaraq koronavirus barədə məlumat verildi - VİDEO

Reliti şou iştirakçılarına qaydaları pozaraq koronavirus barədə məlumat verildi - VİDEO
Almaniyada yayımlanan "Big Brother" ("Böyük qardaş") realiti şousunun iştirakçılarına koronavirus pandemiyası haqqında məlumat verilib.

Reliti şou iştirakçılarına qaydaları pozaraq koronavirus barədə məlumat verildi - VİDEO

7News.Az-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə "Daily Mail" yazır.

Verilişin qaydalarına əsasən, iştirakçıların dünyada baş verən hadisələr barədə bilmək haqqı yoxdur.

Bu dəfə yaradıcılar qaydaları pozmaq qərarına gələrək, xüsusi buraxılış hazırlayıblar.

Aparıcı Yohen Şropp koronavirusun pandemiyaya çevrildiyi barədə iştirakçıları məlumatlandırıb. O, virusun əsasən yaşlılar üçün təhlükəli olduğunu deyərək, iştirakçıların ailə üzvlərinin salamat olduğunu vurğulayıb.

Reliti şou iştirakçılarına qaydaları pozaraq koronavirus barədə məlumat verildi - VİDEO

Daha sonra iştirakçılara qohumlarının onlar üçün çəkdikləri video nümayiş etdirilib. Çoxlarının reaksiyası son dərəcə emosional olub.

Reliti şou iştirakçılarına qaydaları pozaraq koronavirus barədə məlumat verildi - VİDEO

Daha öncə verilən məlumata əsasən, şounun yaradıcıları sosial şəbəkə istifadəçilərinin çoxsaylı tənqidindən sonra belə qərara gəliblər. Bundan əlavə, verilişin qaydalarına əsasən, qəhrəmanlarına tətbiq olunan informasiya qadağası yalnız ailə üzvlərindən hər hansı birinin xəstələndiyi halda pozula bilər.



7News.Az

Xəbər lenti