"Yuventus"un portuqal ulduzu Kriştianu Ronaldo həftə sonu sevgilisi Corcina Rodriges ilə yaxta tətilinə çıxıb.

 7News.Az xəbər verir ki, cütlük sosial şəbəkələrdə istirahətdən fotolar paylaşıblar.

Corcinanın "Instagram" hesabından barmağında iri qaşlı üzüyü göstərərək paylaşdığı foto yeni müzakirələrə səbəb olub.

Ronaldonun argentinalı sevgilisinə evlilik təklif etdiyi iddia edilib.