Messinin ardınca o da getdi

Messinin ardınca o da getdi

Argentina millisinin baş məşqçisi Xerardo Martino istefa verib.

Məlumat ölkənin futbol federasiyası tərəfindən rəsmən öz təsdiqini tapıb. 

Bir müddət əvvəl Argentina Futbol Assosasiyası millinin baş məşqçisi Xerardo Martinonun postunda qalacağını bildirmişdi. Lakin 53 yaşlı mütəxəssislə yollar ayrılıb.

Millinin yeni çalışdırıcısının adına yaxın günlərədə aydınlıq gələcək. Argentina yığmasının sükanı arxasına keçməyə namizəd olan bir neçə mütəxəssisin adı hallansa da, hələ bu barədə rəsmi açıqlama verilmir.

2014-cü ildən yığmanı çalışdıran Martinonun komandası sonuncu dəfə Amerika Kubokunun finalında Çiliyə penaltilər seriyasında uduzaraq, gümüş medalla kifayətlənməli olub.

Məhz bu qarşılaşmadan sonra argentinalıların ulduz futbolçusu Lionel MessiMaskerano və Aquero milli karyerasını bitirmək barədə qərar qəbul etmişdi. Futbolçar yığma karyeralarını başa vurduğunu açıqlayıb./anspress.com

7News.Az

Xəbər lenti