Rus qadın Amerika həbsxanasındakı dəhşətdən danışdı: “Hər yerdə tarakanlar gəzişirdi”

Rus qadın Amerika həbsxanasındakı dəhşətdən danışdı: “Hər yerdə tarakanlar gəzişirdi”
Bu ilin aprelində ABŞ-da həbs olunan rus fəal Mariya Butina oktyabrın sonlarında azadlığa çıxıb. O, Amerika həbsxanasında dəhşətlə üzləşdiyini deyib.
7News.Az xəbər verir ki, casusluqda ittiham edilən Butina okeanın o tərəfində çox pis münasibətlə qarşılaşdığını danışıb. Onun dediyinə görə, həbsinin ilk günündə uzun müddət su içmək imkanından məhrum olub.

"Əsl işgəncə idi. 22-23 saat təkadamlıq kamerada saxlayırdılar. İlk vaxtlar Vaşinqtonda saxlanılanda hər yerdə tarakanlar gəzişirdilər”, - Mariya belə deyib.

Rus fəal həbsxanada Tanrının sayəsində ayaqda qaldığını bildirir. "Həmişə yanımdaydı”, - söyləyir.

Butinanı Rusiyada təmtəraqla qarşılayıblar. Kremlin rəsmi sözçüsü Mariya Zaxarova şəxsən hava limanına gəlib. Butina atasına bir daha ABŞ-a getməyəcəyi ilə bağlı söz verdiyini deyib.
 
 
 
7News.Az

Xəbər lenti