Rusiyada keçmiş kəşfiyyatçını öldürən dörd erməni tutuldu

Rusiyada keçmiş kəşfiyyatçını öldürən dörd erməni tutuldu

Moskva vilayətinin Krasnoqorsk şəhər məhkəməsinin qərarı ilə Rusiya Baş Kəşfiyyat İdarəsinin (BKİ) keçmiş xüsusi təyinatlısı Nikita Belyankininin qətlində əli olan Saak Saakyan avqustun 2-dək həbs edilib.

Bu barədə "Moskva agentliyinin müxbiri məhkəmə zalından məlumat verib.

Saakyan xuliqanlıq əməlinin bir qrup şəxs tərəfindən bilərəkdən törədilməsində şübhəli bilinir. Bundan əvvəl eyni maddə ilə davanın daha iki iştirakçısı - Narek Stepanyan və Suren Markosyan saxlanılıb.

Bundan əlavə, qətli törətməkdə şübhəli bilinən Sergey Xocayan da həbs edilib. O, özünü təqsirkar bilməyib:

"Mən cinayət törətməmişəm, bunu bacarmaram. Ona kömək etmək üçün yaxınlaşmışdım, sonra isə hər şeyi mənim üstümə atdılar”.

Rusiya  Baş Kəşfiyyat İdarəsinin keçmiş yefreytoru Nikita Belyankin Moskva ətrafı Putilkovo qəsəbəsində iyunun 1-də döyülərək öldürülüb.

Gecə saat 23:30 radələrində Belyankin sevgilisi ilə barın qarşısından keçərkən onlarla qafqazlının iki kişini döydüyünü görüb. Döyülənləri müdafiə etmək üçün ortaya atılan yefreytor ürəyindən bıçaqlanıb. O, hadisə yerində keçinib.

 

7News.Az

Xəbər lenti