Rusiyada meyvə mübahisəsi: Azərbaycan şirkətindən 9 min dollardan çox pul alındı

Rusiyada meyvə mübahisəsi: Azərbaycan şirkətindən 9 min dollardan çox pul alındı

Rusiyanın "Milli Meyvə Şirkəti" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycanın "Aerobus" şirkətindən doqquz min dollardan çox pul alıb.

Məlumata görə, müvafiq qərar Nijeqorod vilayətinin arbitraj məhkəməsi tərəfindən qəbul edilib.

İşin materiallarından aydın olur ki, 2017-ci ildə tərəflər arasında təzə meyvələrin çatdırılması ilə bağlı müqavilə imzalanıb. Nijeqorod şirkəti Azərbaycan şirkətinə 56,1 min dollar məbləğində ilkin ödəniş edib, lakin "Aerobus" sifarişçiyə yalnız 49,9 min dollarlıq məhsul göndərib.

2018-ci ildə "Milli Meyvə Şirkəti" "Aerobus"dan altı min dollar ala bilib. 28 avqust 2019-cu il tarixli məhkəmə qərarına əsasən, Azərbaycan şirkəti daha 3156 dollar ödəməlidir.

7News.Az

Xəbər lenti