Rusiyada terrorçular zərərsizləşdirildi

Rusiyada terrorçular zərərsizləşdirildi

Rusiyanın Federal Təhlükəsizlik Xidməti Stavropol diyarının Şpakovsk rayonunda terror aktları törətməyi planlaşdıran şəxsləri zərərsizləşdirib.

Bu barədə "RİA Novosti” Milli Terrorla Mübarizə Komitəsinə (Rusiya) istinadən məlumat yayıb.

Martın 14-də FTX-yə Balki kəndi yaxınlığından bir qrup quldurun avtomobillə ötüb keçəcəyi ilə bağlı məlumat daxil olub.

"Hüquq-mühafizə orqanları əməkdaşları şübhəli avtomobili saxlamağa çalışan zaman içəridə olan şəxslər avtomat silahlardan atəş açıb, əl qumabarasından istifadə edib və ərazidən uzaqlaşmağa çalışıb”, - deyə Milli Terrorla Mübarizə Komitəsinin məlumatında deyilir.

Baş verən atışmada hər iki yaraqlı zərərsizləşdirilib. Operativ qərargahın məlumatına görə, onlar Volqoqrad vilayətində doğulub boya-başa çatıblar və Stavropol diyarına terror hücumları həyata keçirmək məqsədilə gəliblər.

"Onların İŞİD terrorçu qruplaşmasının tərəfdarları olduğu müəyyən edilib. Hadisə yerində silah-sursat və əl qumbarası aşkarlanıb”, - deyə komitənin məlumatında qeyd olunur.

7News.Az

Xəbər lenti