Rusiyanın müdafiə naziri Ankaraya gəldi

Rusiyanın müdafiə naziri Ankaraya gəldi

Rusiyanın Federasiyasının müdafiə naziri Sergey Şoyqu işgüzar səfərlə Ankaraya (Türkiyə) gəlib.

O, burada Türkiyənin milli müdafiə naziri Hulusi Akarla Suriyadakı vəziyyəti müzakirə edəcək, RİA "Novosti” yazır.

"Görüş zamanı əsas diqqəti Suriya nizamlamasının müxtəlif aspektlərinin müzakirəsinə yönəltmək planlaşdırılır”, - rusiyalı nazirin mətbuat katibi Rossiyana Markovskaya bazar ertəsi jurnalistlərə bildirib.

R. Markovskaya səfərin birgünlük olacağını qeyd edib.

7News.Az

Xəbər lenti