Rusiyanın qırıcıları HƏRƏKƏTƏ KEÇDİ: NATO ilə müharibə təşvişi

Rusiyanın qırıcıları HƏRƏKƏTƏ KEÇDİ: NATO ilə müharibə təşvişi

Baltik dənizində gərgin anlar yaşanır.

 Rusiya donanmasına aid gəmilər NATO gəmilərinin hərəkətlərini müşahidə edir.

NATO qrupunda ABŞ, Polşa, Türkiyə və İspaniya donanmasının gəmiləri yer alıb.

Rusiya Milli Müdafiə İdarəsi Mərkəzindən verilən açıqlamaya görə, bu gün ABŞ-ın "Gravely”, Polşanın "C. Pulaski”, Türkiyənin "Gökova” və İspaniyanın "Juan de Borbon” döyüş gəmilərindən ibarət qrup Baltik dənizinə daxil olub. Fövqəladə bir vəziyyətin gerçəkləşməsi ehtimalına qarşı sürətli cavab verilə bilməsi üçün Rusiyanın Baltikdəki qüvvələri hərəkətə keçib.

Təyin olunan nöqtələrə hücum qüvvələri ilə yanaşı, raket sistemləri və təyyarələr də göndərilib./publika

7News.Az

Xəbər lenti