Sabah Azərbaycanda yeni dəmir yolu körpüsünün təməli qoyulacaq

Sabah Azərbaycanda yeni dəmir yolu körpüsünün təməli qoyulacaq

Aprelin 20-də Azərbaycan Respublikasının Astara şəhərində Astara çayı üzərində dəmir yolu körpüsünün təməlqoyma mərasimi keçiriləcək.

İqtisadiyyat Nazirliyindən 7News.Az verilən xəbərə görə, təməlqoyma mərasimindən sonra Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədrləri - iqtisadiyyat naziri Şahin Mustafayevin və İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin iştirakı ilə Azərbaycan-İran nümayəndə heyətlərinin görüşü keçiriləcək, əməkdaşlığın genişləndirilməsi perspektivləri, o cümlədən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin səmərəliliyinin artırılması istiqamətində görüləcək işlər müzakirə ediləcək.

7News.Az

Xəbər lenti