Şagirdi lövhəyə çıxarıb döyən müəllimin görüntüləri yayıldı - video

Şagirdi lövhəyə çıxarıb döyən müəllimin görüntüləri yayıldı - video
Müəllimə ibtidai sinif şagirdini döyüb.

7News.Az xəbər verir ki, Türkiyənin Bolu bölgəsindəki məktəblərin birində dərs zamanı sinif rəhbəri 4-cü sinif şagirdini lövhəyə çıxarıb. Bu zaman müəllimə sualın cavabını bilməyən şagirdi vurub. 

Həmin anları sinifdə olan digər bir şagird telefonuna çəkib. Video görüntüdə müəllimənin uşağın qulağından dartaraq: "saymağı bilməsən, vallah, vuraram” deməsi eşidilir.

Həmin video məktəb direktoruna göstərilib. G.Y adlı müəllimə haqqında araşdırma başlanılıb.

 

7News.Az

Xəbər lenti