SAHƏLƏRDƏN 2 MİLYON 884 MİN 866 TON TAXIL YIĞILIB

SAHƏLƏRDƏN 2 MİLYON 884 MİN 866 TON TAXIL YIĞILIB
 Azərbaycanda #taxılbiçini yekun mərhələyə qədəm qoyub. İyulun 9-dək ölkə üzrə taxıl sahələrinin 89,7 faizində biçin başa çatıb. Bugünədək 910692 hektar biçilmiş sahədən 2884866 ton taxıl yığılıb. Məhsuldarlıq orta hesabla hər hektara 31,6 sentner təşkil edir.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə 170 min hektar artıq biçin aparılıb. Hazırda biçin prosesində cəmi 778 kombayn iştirak edir. Biçinin optimal müddətdə tam yekinlaşacağı gözlənilir.
 
 
 7News.Az

Xəbər lenti