“Sağlam nəsil-sağlam gələcək!” devizi altında maarifləndirmə tədbiri keçirildi

“Sağlam nəsil-sağlam gələcək!” devizi altında maarifləndirmə tədbiri keçirildi
Biləsuvar Gənclər Evində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Biləsuvar Yeniyetmə və Gəncləri İctimai Birliyinin "Sağlam nəsil-sağlam gələcək!” devizi altında narkomaniya əleyhinə ilk maarifləndirmə tədbiri keçirildi. Belə ki, layihə çərçivəsində geniş maarifləndirmə tədbirləri ardıcıl olaraq Cəlilabad, Lənkəran, Masallı və Astara rayonlarında keçiriləcəkdir.
İlk öncə tədbir iştirakçıları Biləsuvar rayon Dövlət Rəsm Qalereyası tərəfindən təşkil olunan sərgiyə baxış keçirdilər. Mövzu ilə əlaqədar gənclərin əl işləri nümayiş etdirildi. Tədbirdə ictami birliyin sədri, layihə rəhbəri Sahil Hüseynzadə, Biləsuvar rayon İcra Hakimiyyətinin nümayəndəsi Kamil Qurbanlı, rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Quliyev, rayon Dövlət Rəsm Qalereyasının direktoru Rövşən Cənnətov, Biləsuvar Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəsi Ulduz Əzizli, təlimçi, ekspert, 60-a yaxın məktəbli və gənc iştirak etdi.
Tədbirdə çıxış edən S.Hüseynzadə Biləsuvar Yeniyetmə və Gəncləri İB-nin fəaliyyəti barədə və həyata keçirilən layihə haqqında ətraflı məlumat verdi. İştirak edənlər öncə layihənin işinə uğurlar arzuladılar, narkomaniya və onun fəsadları barədə ətraflı söhbət açdılar. Daha sonra təlimçilər tərəfindən "Sağlam gələcək naminə” adlı slayd nümayiş etdirildi. Bu barədə gənclərə daha ətraflı məlumat verildi. Gənclərlə əks-əlaqəli praktik oyunlar keçirildi, gəncləri maraqlandıran suallar cavablandırıldı. Sonda "Narkomaniyaya Yox Deyək” mövzusunda fləşmob təşkil olundu.
Layihə ilə bağlı növbəti tədbirin 27 sentyabr 2019-cu il tarixdə Cəlilabad rayonunda keçirilməsi nəzərdə tutulmuşdur.
 
 
 
7News.Az

Xəbər lenti