Saleh Məmmədovun oğlu ilə bağlı yeni iddia: ERMƏNİ TƏRFDAŞININ ADI TİQRAN PETROSYANDI

Saleh Məmmədovun oğlu ilə bağlı yeni iddia: ERMƏNİ TƏRFDAŞININ ADI TİQRAN PETROSYANDI
"Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsi İspaniyada saatını oğurlatdıran şəxsin Saleh Məmmədovun oğlu Sübhan Məmmədli olduğu barədə məlumatı təkzib edib ki, guya qərəzli məlumat yaymışam. Əlbəttə, ispan polisinin ad açıqlamaması onlara belə təkzib cəsarəti verib".

Bunu araşdırmaçı jurnalist Cavanşir Həsənli sosial şəbəkədə yazıb.

O, Saleh Məmmədovla bağlı yeni ittihamla çıxış edib: "Onlar belə cəsarətə gəlmişkən Saleh Məmmədovun oğluna aid aşağıda təkrar paylaşdığım sənədləri də təkzib etmələrini səbirsizliklə gözləyirəm. Susmayın, cəsarətli olun, bunları da təkzib edin, deyin ki, Sübhan Məmmədlinin Britaniyada milyonlarla aktivi olan belə bir şirkəti, şərkətinin tərəfdaşları sırasında Tiqran Petrosyan adlı şəxs yoxdur, bunlar İngiltərə rəsmi orqanlarının qərəzidir və s”.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) rəhbəri Saleh Məmmədovun oğlu ilə bağlı qalmaqallı xəbərlər yayılıb.

Belə ki, İspaniyanın məşhur İbiza kurortunda 22 yaşlı Azərbaycan vətəndaşının 1 milyon funt-sterlinqliq dəyərində saatı oğurlanıb.

Məlumatda bildirilir ki, adadakı sahillərdən birində yaxın dostu ilə gəzintiyə çıxmış həmin gəncin qarşısını kəsən quldur onu döyərək, qolundakı təxminən 2.5 milyon manatlıq olan "Mille 50-03 McLaren F1” markalı saatını əlindən alaraq qaçıb. 

Azərbaycanlı hadisə ilə bağlı polisə müraciət edib.

Araşdırmaçı Cavanşir Həsənlinin iddialarına görə, həmin şəxs Dövlət Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədovun 1997-ci il oktyabr təvəllüdlü oğlu Sübhan Məmmədlidir. 
 
Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) iddialarla bağlı açıqlama yayıb. 

Qurumun mətbuat xidmətinindən "Report”a verilən məlumatda deyilir: "İspaniyanın İbiza şəhərində saatı oğrulanmış 22 yaşlı azərbaycanlı turist Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədovun oğlu deyil".



Xəbər lenti