Sami Yusuf yeni albomda Alim Qasımovla birgə mahnı ifa edəcək

Sami Yusuf yeni albomda Alim Qasımovla birgə mahnı ifa edəcək

Sami Yusuf bu il növbəti albomunu çıxaracaq.

7News.Az "The National”a istinadən xəbər verir ki, Azərbaycan əsilli britaniyalı musiqiçi və bəstəkar bildirib ki, yeni albom üzərində iş artıq başlanılıb və Mərakeşdə Meknes şəhərində səsyazmalar baş tutub.

Musiqiçi qeyd edib ki, yeni layihə bir sıra dünya musiqi ulduzları ilə əməkdaşlıq sayəsində ərsəyə gələcək.

Albomun adının "Ekstazi” olduğunu söyləyən musiqiçi deyib:

"Bu albom böyük muğam ifaçısı və Azərbaycanın milli xəzinəsi olan Alim Qasımov və bir sıra qavvali ifaçılarla birgə yaradılacaq albomdur. Bu, mənim üçün çox vacib bir layihədir və mən bunu bu il ərzində Londonun gözəl bir məkanında təqdim edəcəm”.

7News.Az

Xəbər lenti