Samirə keçmiş ərindən ötrü ağlayır

Samirə keçmiş ərindən ötrü ağlayır
"Seçimimi səhv etmişəm. Ailə həyatı qəliz məsələdir”.

7News.Az xəbər verir ki, bu sözləri "ATV maqazin onlarla” verilişinə müsahibəsində Aşıq Samirə deyib.

O, keçmiş həyat yoldaşından ötrü ağladığını etiraf edib:

"Filmdə sevgi səhnələri olanda gözüm dolur. Oğlum deyir ki, ana, sən də sevirsən? Deyirəm ki, hə, atanı sevirəm. O da deyir ki, atam da səni sevir. Əgər o hissin adı sevgidirsə, heç vaxt ölmür. İnsan var ki, xatırlamağa sevgisi yoxdur”.

Qeyd edək ki, Samirə ikinci dəfə Rizvan adlı şəxslə evli olub. Onun bu nikahdan bir oğlu, ilk evliliyindən isə bir qızı var.
 

7News.Az

Xəbər lenti