Obamanın təyyarəsinin dayandığı hərbi bazaya silahlı hücum

Obamanın təyyarəsinin dayandığı hərbi bazaya silahlı hücum

Vaşinqton yaxınlığında yerləşən "Joint Base Andrews" hərbi bazasında silahlı hücum təhlükəsi ilə bağlı həyəcan siqnalı verilib. 


7news.Az"Reuters"ə istinadən xəbər verir ki, bazaya naməlum silahlı şəxs daxil olub. Həmin şəxsin zərərsizləşdirilməsi üçün tədbir görülüb.

ABŞ prezidentlərini daşıyan "Air Force One" təyyarəsi məhz "Joint Base Andrews" bazasında dayanır. Hərbi baza Ağ Evin 24 kilometrliyində yerləşir.

Qeyd edək ki, Prezident Obama müntəzəm olaraq bazanın ərazisindəki qolf meydançası qolf oynayır. İnsidentin ABŞ prezidentinə yönəlik sui-qəsd olub-olmaması araşdırılır.

7news.Az

Xəbər lenti