RU
lombard
Saxta pulla tutulan Abşeron sakini 4 il cəza alıb
11:50
440

Saxta pulla tutulan Abşeron sakini 4 il cəza alıb

Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeron rayon sakini Anar Əliyevin (1977-ci il təv.) CM-nin 204.1 (satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları hazırlama, habelə əldə etmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

7news.az xəbər verir ki, bu il iyulun 20-də Sumqayıt ş. polis idarəsinin əməkdaşları keçirdikləri əməliyyat nəticəsində əvvəllər məhkum olunan Anar Əliyevi tutublar. Onun üzərinə baxış zamanı 53 ədəd saxta 100 manatlıq əskinaz aşkar edilərək, götürülüb. Ətrafında aparılmış əməliyyat-istintaq tədbirləri ilə onun əskinazları Bakı ş. sakini Rövşən Məmmədovla birgə hazırlaması müəyyən edilib, sonuncu saxlanılarkən onun Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki evinə baxış zamanı 1 ədəd rəngli printer aşkar edilib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ