RU
lombard
Səbuhi Abbasov: “Mövcud qaydalar sərtləşdirilməli, izolyasiya prosesi daha da sistemləşdirilməlidir”
17:18
578

Səbuhi Abbasov: “Mövcud qaydalar sərtləşdirilməli, izolyasiya prosesi daha da sistemləşdirilməlidir”

Bu barədə 7NEWS.az saytının rəhbəri, internet-media ekspert Səbuhi Abbasov məlumat verib. Onun sözlərinə görə vətənaşların elementar qaydalara riayət etməməsi böyük faciələrə yol açır: "Əziz dostlar, dəyərli həmyerlilərim. Bu gün yenə reydlərdə oldum, maarifləndirmə prosesində iştirak etdim. Təəssüflə qeyd edim ki, vəziyyət bildiyimizdən, gözlədiyimizdə də pis və faciəvidir. Demək olar ki, əksər insanlar qaydalar riayət etmirlər. Hər gün yaxınlarımızı, dostlarımızı, həmkarlarımızı itiririk. Mövcud qaydalar sərtləşdirilməli, izolyasiya prosesi daha da sistemləşdirilməlidir. Hər gün xəstələnənlərin sayı artır, hər gün ölənlərin sayı artır. İçi mən qarışıq, hamımız ciddi sıxıntılar çəkirik, ciddi çətinliklər qarşısındayıq. Ancaq bundan sonra deyəcəyimiz bütün səbəblər, şəxsən mənimçün bəhanədir. Bir insan üçün onun valideynlərindən, ailəsindən, övladlarından əziz və şirin nə ola bilər axı? Yaxınlarını itirənləri danışdıranda, hamısı bir söz deyir: "Kaş qaydalara əməl edərdik, kaş maska, spirtdən istifadə edərdik" və s. Gəlin səbrli olaq və "kaş" sözünü dilimizə belə gətirməyək.”

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ