Şəhərdə "160"la gedən "Toyota" qəza törətdi: 2 ölü, 4 yaralı - VİDEO

Şəhərdə
Rusiyanın Volqoqrad əyalətində 2 nəfərin öldüyü və 4 nəfərin də yaralandığı qəzanın görüntüləri sosial şəbəkədə yayımlanıb.

7News.Az avtosfer.az-a istinadən xəbər verir ki, insident sentyabrın 7-si Voljsk şəhərində qeydə alınıb.

Məlumata görə, yüksək sürətlə hərəkətdə olan "Toyota Avensis" markalı maşın əks yola çıxaraq minik avtomobili ilə toqquşub.

Hadisə yerinə gələn polis qəzadan sonra deformasiyaya uğrayan nəqliyyat vasitəsinə baxış keçirən zaman sürətölçənin oxu təxminən "160" rəqəmində ilişərək qaldığını müəyyən edib.

Sürətölçənin göstəriciləri də təhlükəsizlik kamerasına düşən kadrlarda göstərir ki, həqiqətən də, 24 yaşlı sürücü avtomobilini yüksək sürətlə idarə edib. Nəticədə sürücü hadisə yerində həyatını itirib, onun 18 yaşlı sərnişini isə xəstəxanada keçinib.

Daha 4 nəfər isə müxtəlif bədən xəsarətləri alıblar. Onlara bütün lazımi tibbi yadım göstərilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırmalar aparılır.


 

7News.Az

Xəbər lenti