Şəhidin son paylaşımı qəlbləri sızlatdı: FOTO

Şəhidin son paylaşımı qəlbləri sızlatdı: FOTO
Türkiyənin Hakkari vilayətinin Yüksekova ərazisində terorçularla çıxan atışmada 25 yaşlı çavuş Volkan Dəmirçi şəhid olub.

7News.Az Türkiyə mətbuatına istinadən bildirir ki, vilayət bələdiyyə sədri İbrahim Etem Kibar, rayon polis komandiri və tibbi personalla birlikdə şəhidin Sakarya məhəlləsindəki ata evinə gedərək acı xəbəri veriblər. Ordu valisi Səddar Yavuz və vəzifəli şəxslər şəhidin ailəsinə başsalığı üçün gediblər.
Məlum olub ki, şəhid Volkan Dəmirçi bir il öncə Nurdan Dəmirçi ilə ailə həyatı qurub. Uşaqlarının olmadığı bildirilən şəhidin sosial media hesabındakı son paylaşımı ürəkləri sızladıb.

O, "Sevdiyim qadının sevdiyi adamam. Vətən uzaqdan baxıb mənimdir deyənlərin yox, yar qoynuna baş qoymadan şəhid olanlarındır"-deyə yazıb.

Paylaşım şəhidin vətən sevgisini gözlər önünə gətirir.

Şəhidin son paylaşımı qəlbləri sızlatdı: FOTO
 

7News.Az

Xəbər lenti