Şəkidə qadın özünü bıçaqladı

Şəkidə qadın özünü bıçaqladı

Şəki sakini ehtiyatsızlıqdan özünü bıçaqlayıb.

7News.Az "Report”a istinadən xəbər verir ki, səhər saatlarında Şəki rayon Mərkəzi Xəstəxanasına bıçaq xəsarəti ilə şəhər sakini, 1985-ci il təvəllüdlü Gülşən Rafiq qızı Yusubova daxil olub.

Müayinə zamanı 34 yaşlı Gülşən Yusubovaya sağ qabırğaaltının kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub. G.Yusubovanın dediyinə görə, o, yaşadığı evdə yıxılıb, əlindəki bıçaq isə bədəninə batıb.

Faktla bağlı araşdırma aparılır.

 

7News.Az

Xəbər lenti