Şəlalədən yıxılan körpə fili xilas etmək istəyən 11 fil boğuldu - VİDEO

Şəlalədən yıxılan körpə fili xilas etmək istəyən 11 fil boğuldu - VİDEO
Şəlalədən yıxılan körpə fili xilas etmək istəyən 11 fil boğuldu.

Taylandda baş verən hadisə dünya mətbuatının gündəminə düşüb. Sonxeber.az türk KİV-inə istinadən xəbər verir ki, şəlaləyə yıxılan körpə fili xilas etmək istəyən 11 fil boğularaq tələf olub.
Hadisə Taylandın "Cəhənnəm şəlaləsi" olaraq tanınan ərazisində meydana gəlib. Suya düşən 11 fil boğulub.

Xao Yai Milli Parkının mütəxəssisləri həftə sonu 6 filin cəsədini tapmışdılar. PUA-larla həyata keçirilən axtarışlar zamanı daha 5 filin cəsədi tapılıb. Parkın rəsmisi Badin Çansrikam bildirib ki, fillər çayın qarşı sahilinə keçməyə çalışıblar. Ehtimal edilir ki, körpə fillərdən biri suya düşüb. Digər fillər onu xilas etmək istəyərkən boğulublar.


 

7News.Az

Xəbər lenti