RU
lombard
Səlim Müslümovun Füzulidəki nümayəndəsi on minlərlə vəsaiti belə mənimsəyir
00:03
20715

Səlim Müslümovun Füzulidəki nümayəndəsi on minlərlə vəsaiti belə mənimsəyir

Zaman-zaman 7news.az informasiya portalı olaraq müxtəlif sahələrdə çalışan məmurların neqativ fəaliyyəti haqqında yazılar dərc etmişik. Çox təəssüf ki, bəzi regionlarda sosial xidmət sahələrində çalışan məmurlar öz vəzifə səlahiyyətlərində sui-istifadə edərək əhalini süründürməçiliyə salırlar. Cənab Prezident İlham Əliyev demək olar ki, icra strukturları ilə bütün görüşlərində əhaliyə xidmətin ən yüksək səviyyəyə çatdırılmasının vacibliyindən danışıb və əksini edənlərin dərhal cəzalandırılacağını qeyd edib. Görünür bu tapşırıqlar bəzi məmurlara hələ də gedib çatmayıb.

Regionlarda insanların səbrini ərşəyə çəkən ən böyük problem isə şikayətlərin qulaq ardına vurulması və heç bir tədbirin görülməməsi ilə bağlıdır. Bugünlərdə redaksiyamıza Füzuli rayonu ƏSMM-dən maraqlı məlumatlar daxil olub. Füzulidən saytımıza daxil olan məlumata görə rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin direktoru Adil Həziyev rəhbərlik etdiyi qurumda yeni sistem yaradıb. Belə ki, ƏSMM müdirliyinə təyinat alan Adil Həziyev dövlət tərəfindən vəətndaşlara verilməli olan ünvanlı sosial yardımı öz yaxın adamalarına, tanışlarına və qohumlarına verir.

Bundan başqa iki illik ünvanlı sosial yardım almaq istəyənlər isə bəri başdan alacaqları yardımın 3 ayını Adil Həziyevə verməlidirlər. Adil Həziyev keçmiş sələfindən fərqlənməyərək ünvanlı sosial yardımı yenə də imkanlı şəxslərə verməklə onların hesabına yaxşı qazanc əldə edir.

Mənbəmiz iddia edir ki, mərkəz müdiri 25-ə yaxın şəxsin adını ünvanlı soial yardım siyahısına salaraq ayda onların adına dövlət büdcəsindən 3000 manata yaxın vəsait mənimsəyir. Mərkəz müdiri vaxtı ilə icra nümayəndəsi işlədiyi kənddəki ən yaxın adamlaırnın adına yardım pulu aldığı deyilir.

Məlumat üçün qeyd edək ki, Adil Həziyev ƏSMM müdiri işləməmişdən öncə bir neçə kənddə icra nümyəndəsi işləyib. Bu da onun əlaqələrinin daha geniş olmasına şərait yaradıb. Nəticədə sosial müavinətlərin mənimsənilməsində öz əhatəsini formalaşdırıb.

Hazırda Füzulidə sosial müavinəti saxta sənədlə rəsmiləşdirən bir komandanın iş başında olduğu deyilir.

Həmin komanda Adil Həziyevin ətrafında sıx birləşərək imkansız ailələri sosial yardımdan məhrum edir, rüşvət piramidasını ucaldaraq varlılara kasıbların pulunu peşkəş edirlər. Qeyd edək ki, bir müddət öncə mətbuatda A.Həziyevin öz yaxın adamlarına saxta sənədlə ünvanlı sosial yardım verməsi ilə bağlı məlumatlar öz əksini tapmışdı. Həmin məlumatlarda bildirilirdi ki, mərkəz müdiri kürəkəni Bala Bəhmənli kənd sakini Teymurov Seymur Balaxan oğlu Bakı şəhərində məskunlaşmasına baxmayaraq ona 163 manat, bibisi qızı Əhmədbəyli kənd sakini Murtuzayeva Mahniyar Qaçay qızına 173 manat, dayısı oğlanları Əhmədbəyli kənd sakinləri Əliyev Dərgah Ərşad oğluna 150 manat, Əliyev Şirvan Ərşad oğluna 141 manat, həmkəndliləri Əhmədbəyli kənd sakinləri traktoru olan Quliyev Bağdad Əlabbas oğluna 111 manat, Məmmədov Ramin Yolçu oğluna 157 manat, bacanağı Həsənov Elşən Eldar oğluna 140 manat ünvanlı sosial yardım təyin edib. Daha sonra Adil Həziyev 2H-li Qayıdış qəsəbə icra nümayəndəsi işləyən Rzayev Nuğayın oğlu Cəlilzadə Cəmil Nuğay oğluna 128 manat sosial yardım təyin edib. Halbuki həmin ailənin “Cip” markalı avtomobili, pay torpağı və böyük ticarət mağazası var. Bakı şəhərində məskunlaşıb yaşayan rayon sakini Qəhrəmanov Bakir Ərşad oğluna 166 manat yardım təyin etmişdir.

Adil Həziyev səxavətini artıraraq katibəsi Horadiz şəhər sakini Mamedova Tacirə Abbas qızına 163 manat sosial yardım təyin edib. Horadiz şəhərində hər kəs Adil Həziyevin katibəsinin həyat yoldaşının avtomobili olduğunu və həmin ailənin normal yaşadığını bilir. Ancaq mərkəz bütün dövlətin kasıb vətəndaşlar üçün təyin etdiyi sosial yardımı məhz istədiyi şəxslərə verməklə işini bitmiş hesab edir.

Digər məlumata görə Füzuli rayonunda sosial yardım alanların əksəriyyəti məhz Əhmədbəyli kənd sakinləridir. Onlar mərkəz müdirinin kəndçiləri və qohumlaır olduqları üçün bu yardımdan yararlanırlar.

Ümumilikdə rayonda 416 şəxsin sosial yardım aldığını deyən mənbəmiz idda edir ki, onların 27 nəfəri Adil Həziyevin özünə məxsus şəxslərdir.Yəni həmin 27 məfərin kartı mərkəz müdirinin cibində olur. 50 yaxın şəxs isə qohum əqrabası, tanışları, 250 yaxın şəxs isə Adil həziyevin admalarının vasitəsi yardım alanlardır ki, onlardan da yardımlaırnın 3-4 aylığı bəribaşdan alınır. Bundan başqa mərkəzdə digər “maklerin” müdirin katibəsi olduğu deyilir. Belə ki, Horadiz şəhərindən sosial yardım alanların əksəriyyətinin “işini” məhz müdirin katibəsi yoluna qoyub. Məlumatda həmçinin qeyd olunur ki, mərkəz müdirinin Araz çayı qırağında 200 hektara yaxın torpaq sahəsi var. Burada onun böyük bir heyvandarlıq ferması fəaliyyət göstərir. Hətta Adil Həziyevin fermasında heyvanlarına çobanlıq edən şəxslərədə ünvanlı sosial yardım yazdırdığı və onların əmək haqqlarını bu cür verdiyi deyilir. Həmin məsələ ilə bağlı araşdırmamız davam edir və yaxın günlərdə daha ətraflı məlumat verəcəyik.

Qeyd edək ki, redaksiyamıza yazan çoxsaylı vətəndaşlar yaxın günlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümova və digər aidiyyatı qurumlara Adil Həziyev barədə şikayət məktubu ünvanlamaq niyyətindədirlər. Lakin sakinlər hələ də ümid edirlər ki, nazir məsələyə vaxtında müdaxilə edəcək və ədalətsizliyin qarşısını alacaq.

Xatırladaq ki, ƏSMM Füzuli rayon şöbəsi ilə əlaqə saxlamağa çalışsaq da bu mümkün olmadı. Biz sadəcə olaraq Cənab Prezidentin medianın və bütövlükdə Vətəndaş Cəmiyyətinin üzərinə sosial ədalətsizliklərlə bağlı qoymuş olduğu ictimai məsuliyyəti icra etməkdəyik.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. 

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ